• 23 Noyabr 2024 04:13

Çörəyin çəkisi etiketdə göstərilən kimi olmasa, nə etməliyik? – VİDEO

 

Mağazalarda satılan çörəyin etiketi üzərində göstərilən çəkisi ilə faktiki çəkisi arasında uyğunsuzluq olduqda, istehlakçı hara müraciət etməlidir?

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti videoçarx hazırlayıb.

Bildirilib ki, istehlakçıların hüquqlarını müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən istehlakçıların mal, iş və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var.

Həmçinin yeyinti məhsulları haqqında eləcə də, 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunlarına əsasən qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ və hüquqların tələblərinə uyğun olaraq qablaşdırılmalıdır.

 

Oxşar xəbərlər