• 23 Noyabr 2024 06:25

Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslərin kimlikləri bilindi – YENİLƏNİB + VİDEO

 

 

Bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslərin kimlikləri açıqlanıb

Tacxeber.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov açıqlama verib.

Onun sözlərinə görə, sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

12:10

Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxslər müəyyən olunublar.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis baş leytenantı Nurlan Əliyev azxeber.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb:

“Həmin şəxs müəyyən olunub, polis orqanına dəvət olunublar və barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Oxşar xəbərlər