• 23 Noyabr 2024 04:30

Gürcü siyasətçidən şok təklif: “Saakaşvili rus əsirlərlə dəyişdirilsin”

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həbsdən azad olunmasının yeganə həll yolu onu əsir götürülmüş ruslarla dəyişməkdir.

Tacxeber.com xəbər verir ki, bunu “qordon”a müsahibəsində Mixail Saakaşvilinin mübarizə yoldaşı, Gürcüstanın “Vahid Milli Hərəkat” partiyasının sədrliyinə namizəd Nona Mamulaşvili deyib.

“Saakaşvili Putinin bir nömrəli düşməndir. Bu bir faktdır. Gürcüstan hökuməti Putinin marionet rejimidir. Yalnız Kremldən fərman aldıqdan sonra qərar verə bilər. Bu da faktdır. Ona görə də təkbaşına heç nəyə qərar verə bilməyən Gürcüstan hökumətinə müraciət etmək sadəcə vaxt itkisidir”, – Mamulaşvili qeyd edib.

Saakaşvilinin azad olunması ilə bağlı məsələyə aydınlıq gətirən gürcüstanlı siyasətçinin sözlərinə görə, onun Ukrayna vətəndaşı olduğunu, Putinin birinci düşməni olduğunu və Putin rejiminin əsiri olduğunu nəzərə alsaq, hesab edir ki, burada yeganə sürətli həll yolu onu əsir götürülmüş ruslarla dəyişməkdir.

“Əks halda, Gürcüstandakı Putin rejimi Saakaşvilini öldürəcək və biz hamımız buna baxacağıq. Artıq siyasi qərardan söhbət getmir, sadəcə, humanitar qərardan söhbət gedir – insanı fiziki cəhətdən xilas etmək lazımdır. Düşünürəm ki, bunu həqiqətən edə bilən, məhbuslar haqqında Kremlə danışa bilən yeganə şəxs prezident Zelenskidir. Düşünürəm ki, Rusiyanın maraq göstərdiyi məhbuslar var, onların müqabilində Saakaşvilini azad etməyə razı olacaq”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər