• 23 Noyabr 2024 00:36

Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb

 

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Məlumata görə, 2023-cü il yanvarın 1-dən etibarən iki ölkə arasında hava yolu ilə yük daşımalarına başlanılıb. Daşınmalar ticarət məqsədlidir.

Bildirilib ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə çatdırılıb.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.

İkinci Qarabağ müharibəsindən – Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub.

Tacxeber.com

Oxşar xəbərlər