• 20 Sentyabr 2024 06:58

Türkiyə-Yunanıstan gərginliyi 2023-cü ildə ən pik nöqtəsinə çatacaq

2022-ci il Yunanıstan və Türkiyə arasında gərginlik həddindən artıq yüksək səviyyədə olub. Ötən ilin yaz aylarında Yunanıstanın baş naziri Kiryakos Miçotakis ABŞ-a səfəri zamanı Konqresi F-16 qırıcılarının Türkiyəyə satışını təsdiq etməməyə çağırdı.

Qarşılıqlı ittihamların artdığı bu dövrdə Türkiyə Yunanıstanın qeyri-hərbi adaları silahlandırdığını bildirib və bu adaların suverenliyinin müzakirəyə açıq olduğunu qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalındakı hərbi əməliyyatlar üçün istifadə etdiyi “Bir gecə anidən gələ bilərik” ritorikasını Yunanıstana qarşı işlədib və bu ritorika Afina və digər Avropa İttifaqı ölkələri tərəfindən təhdid kimi qəbul edilib.
2022-ci ildə Türkiyə və Yunanıstan döyüş təyyarələri Egey və Aralıq dənizi üzərində dəfələrlə qarşılaşıb, hətta Ankara Afinanın NATO missiyalarında iştirak edən təyyarələri təqib etdiyini bəyan edib.
Egeydəki bu gərginliyin 2023-cü ildə də davam edəcəyi gözlənilir. Yunanıstanda iyul ayında keçirilməsi gözlənilən seçkilər öncəsi Miçotakis hökumətinin Türkiyə ilə gərginliyi artıra biləcəyi güman edilir. Türkiyə mənbələri Yunanıstanın Krit adaları ətrafındakı ərazi sularını 12 milədək artırmağı planlaşdırdığını düşünür.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin sonunda keçirdiyi mətbuat konfransında Yunanıstana bu ehtimala qarşı xəbərdar edib və Türkiyə Böyük Millət Məclisinin 1995-ci ildə qəbul etdiyi qərarı xatırladıb. Həmin qərarda Yunanıstanın ərazi sularının 6 mildən çox artırılmasının müharibə səbəbi sayılacağı qeyd olunur.
Gərginliyin azaldılması prosesində NATO-nun baş katibi Yens Stoltenberqin ciddi rolu ola bilər. Bundan başqa, Almaniya Türkiyə və Yunanıstan ilə sıx təmasdadır. Almaniya kansleri Olaf Şoltsun xarici siyasət üzrə müşaviri Yens Plötner Ərdoğan və Miçotakisin xarici siyasət üzrə müşavirləri İbrahim Kalın və Anna-Mariya Boura ilə görüşündə Berlinin Ankara-Afina gərginliyini azaltmaq üçün vasitəçi olmağa davam edəcəyini deyib. (Ordu.az)

Tacxeber.com

Oxşar xəbərlər