• 19 Sentyabr 2024 20:24

Nisə Qasımova: “Əgər müğənni hamiləliyini efirdə göstərirsə, ona həyasız deyirlər” – VİDEO

 

“Elə vaxtlar olub ki, çemodanlarla pul qazanmışam. Amma onları paylaşmağı bacarmışam. Elə olub ki, bir manat pulum olmayıb, onu da paylaşmağı bacarmışam. Mənəvi kimliyinin balansını mütləq qoruyub, saxlamalısan. Çünki ondan gözəl şey yoxdur”.

Tacxeber.com bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova qonaq olduğu “Açıq söhbət” verilişində deyib.

68 yaşlı sənərkar hamiləliyini efir vasitəsi ilə nümayiş etdirən və çimərlik geyimində səhnəyə çıxan gənc həmkarlarını həyasız adlandırıb.

“Əgər bir müğənni hamiləliyini, dəniz kənarında çimərlik geyimində özünü nümayiş etdirirsə, ona həyasız deyirlər. Yəni həyası olmayan deyirlər və ya fotosessiya edir, cürbəcür pozlarda bunun adı nədir? Gözəl geyinən müğənnilərimizi öpürəm. Amma müəyyən şeylər var ki, əndazəni keçməmək, qorumaq lazımdır”, – deyə Nisə Qasımova fikirlərini ifadə edib.

Tacxeber.com

Oxşar xəbərlər