• 23 Noyabr 2024 06:42

Soyuq əllər hansı xəstəlikdən xəbər verir?

Soyuq əllər hansı xəstəlikdən xəbər verir?

 

Əllərin kəskin şəkildə soyuması ciddi xəstəliklərin əlaməti və ya insanın soyuqlara qarşı həssaslığının göstəricisi ola bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə “Sputnik” Radiosuna terapevt Aleksey Xuxrev məlumat verib.

Soyuq əllər bir çox insan üçün tamamilə normal və ümumi rast gəlinən haldır. Onlar hətta yayda temperatur bir qədər azalanda da üşüyə bilərlər. Bu vəziyyətdə heç bir xəstəlikdən danışmırıq. Bununla birlikdə, bir insanın əlləri birdən üşüməyə başlayırsa, sağlamlıq vəziyyətinə diqqət yetirməyə dəyər.

“Belə bir Reyno sindromu var ki, bu, özlüyündə xəstəlik deyil, bir çox revmatizm xəstəliklərinin tərkib hissəsidir. Bu, adi soyuq əllərdən fərqlənir və fərq kifayət qədər aydın görünür. Məsələn, oynaqlara qədər, barmaqlar mum kimi ağarır, əllərin digər hissəsi isə normal rəngdədir, hərarəti normaldır. Bu zaman əllərin üşüməsi ağrı ilə müşayiət olunur və istidə barmaqlar göyərməyə başlayır. Özünüzdə belə bir oxşar vəziyyət görsəniz, dərhal həkimə müraciət etməlisiniz”, – Xuxrev bildirib.

Tacxeber.com

Oxşar xəbərlər