• 23 Noyabr 2024 04:01

Akar Nargin adasında saxlanılan əsgərlərə yardımla əlaqədar Azərbaycan xalqına təşəkkür edib

 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıkamış şəhidlərinin Anım Günü ilə bağlı mesaj yayımlayıb.

Hulusi Akar Sarıkamış Hərəkatının 108-ci ildönümü münasibəti ilə şəhidləri rəhmət və minnətlə andıqlarını vurğulayıb.

Türkiyənin milli müdafiə naziri qeyd edib ki, əsgərlərin ağır qış şərtlərində Sarıkamışda şəhidlik mərtəbəsinə yüksəlməsi yaddaşlarda dərin izlər buraxıb, cəsarətləri və fədakarlıqları daim hörmət və minnətlə anılacaq: “Sarıkamış şəhidlərimizi yad etdiyimiz bu günlərdə Nargin adasında çətin şəraitdə saxlanılan əsgərlərimizə etdikləri yardımlarla “bir millət, iki dövlət” örnəyini sərgiləyən qardaş Azərbaycan xalqını minnət və ehtiramla anırıq”.

Tacxeber.com

Oxşar xəbərlər