• 22 Noyabr 2024 23:00

Avtomobilindən 6000 manatı oğurlanan Nəfəs: “O pul haram deyildi”

 

“3-4 gün ard-arda toya gedib oradan qazandığım pul ümumi 6000 manat etmişdi. O pulu da avtomobildə qoymuşdum. Ehtiyatsızlıqdan avtomobilimin şüşəsini açıq qoymuşam. Bilməmişdim ki açıq qalıb. Təbii ki, bilsəydim başıma bu cür hadisə gəlməzdi. Avtomobilimə girib həmin 6000 manatı oğurlayıblar”.

Tacxeber.com media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nəfəs qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Sənətçi bildirib ki, avtomobilindən oğurlanan 6000 manat pul növbəti günün günortası ona qaytarılıb:

“O pul haram pul deyildi. Toydan qazandığım pullar idi. Nəsimi polis bölməsinə təşəkkürümü bildirərəm ki, onlar 6000 manatımı oğurlayan həmin şəxsi tapıb, növbəti günün günortası qəpiyinə kimi alınıb, geri qaytarıldı. Bölmənin polis əməkdaşı mənə zəng vurub söylədi ki, “Nəfəs xanım halal pulun üstündən bir manat da götürülməyib. 6000 manatın hamısı gəlib, mənə çatdı”.

Verilişin aparıcısı Zaur Kamalın “Pulunu kim oğurlayıb?” sualına Nəfəsin cavabı belə olub:

“Həmin gün məhləyə avtomobilimlə dönəndə əlində salfet satan bir oğlan vardı. Simasına baxanda gördüm ki, bu salfet satana heç oxşamır. Kameraya düşüb. Dörd dəfə həbs olunub və yenidən polis tərəfindən barəsində axtarışa verilib”.

Tacxeber.com

Oxşar xəbərlər