• 23 Noyabr 2024 07:20

Ukraynada şiddətli şaxtalar başladı – Müharibə dayanacaq, yoxsa?…

Ukraynada şiddətli şaxtalar başladı - Müharibə dayanacaq, yoxsa?...

 

 

Kifayət qədər isti dekabrdan sonra Ukraynaya yanvar şaxtaları gəlib. Hərbi analitiklər xəbərdarlıq ediblər ki, məhz bu cür hava qış hücumlarına şərait yaradır. 

Bəs, Rusiya və Ukrayna qoşunları donmuş ərazilərdə bir-birinə qarşı hücuma keçəcəkmi? Noyabrın 11-də Xerson vilayətinin sağ sahili azad edildikdən sonra Ukraynada cəbhə xətti praktiki olaraq donub.

“AzPolitika.info” BBC radiosuna istinadla xəbər verir ki, Cənubda qarşı tərəflərin qoşunlarını Dnepr ayırır və Zaporojye istiqamətində artilleriya duelləri davam edir. Ən şiddətli döyüşlər Donetsk və Luansk vilayətlərində davam edir.

Rusiya qüvvələri, xüsusən də “Vaqner” silahlı qruplaşması Baxmut və Soledar yaxınlığında irəliləyir, lakin Ukrayna hakimiyyəti bu hücumların uğurlu olmadığını israr edir.

Eyni zamanda, Ukrayna silahlı qüvvələri Luqansk vilayətinin strateji əhəmiyyətli Svatovo və Kremennaya şəhərlərinə yaxınlaşıb. Hər iki tərəfdən zirehli texnikanın sürətli irəliləyişi bölgədə qış üçün xarakterik olan rütubətli və yumşaq torpaq səbəbilə dayanıb.

Lakin bazar günü – yanvarın 8-dən Ukraynanın şərqində şiddətli şaxtalar hökm sürür. Artıq bazar ertəsi Ukrayna hidrometeorologiya mərkəzi gecə saatlarında Baxmut yaxınlığında temperaturun mənfi 15 dərəcəyə, Svatovo yaxınlığında isə mənfi 14 dərəcəyə qədər düşməsini proqnozlaşdırır. Bu, müharibənin sonrakı gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

“Biz hərbi əməliyyatların intensivləşməsini gözləyirik. Gecə şaxtalar -17-yə çatdı, ağır texnikamız nəhayət ki, daha sürətlə irəliləyə biləcək”, – Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday yanvarın 8-də bildirib. Eyni zamanda o qeyd edib ki, həm Ukrayna, həm də Rusiya tərəfi şaxtalı havadan yararlana bilər.

Qaydanın sözlərinə görə görə, indi rus ordusu öz qüvvələrini Baxmutdan Kremennaya istiqamətinə köçürür.

Ukrayna silahlı qüvvələri artıq bu şəhərin beş kilometrliyində döyüşür və işğal altındakı Severodonetsk və Svatovo ilə təchizat xətlərini kəsməyə çalışır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də rusların mümkün hücum hazırlığı barədə məlumat yayıb.

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Vadim Skibitski -Ukrayna kəşfiyyatı rəhbərinin müavini bildirib ki, aşağı temperatur fonunda Rusiya Ukraynanın enerji infrastrukturuna yeni raket hücumu hazırlayır və həmçinin ölkənin şərqindəki ərazilərdə hücuma cəhd edəcək.

“Biz Donetsk bölgəsində təzyiqin artırıldığını görürük… Yəqin ki, onlar Zaporojye bölgəsinə qarşı yeni hücuma keçəcəklər”, – Skibitski deyib və əlavə edib ki, – “onlar bizim Xarkova əks-hücumumuzu dayandırmağa çalışacaqlar”.

Ukrayna Prezidentinin ofisinin müşaviri Aleksey Arestoviç əmindir ki, ilk hücum əməliyyatını məhz Rusiya başlayacaq.

Onun YouTube-da bir verilişə müsahibəsindəki açıqlamasına görə, Ukrayna yaxın vaxtlarda hücum üçün lazımi qüvvə və vasitə toplaya bilməyib. Arestoviç rusların Xarkov və Zaporojye istiqamətlərində hücum cəhdlərinin olacağını proqnozlaşdırır.

Tacxeber.com

Oxşar xəbərlər