• 23 Noyabr 2024 05:23

Çindən etiraf: “Nə Hindistan, nə Cənubi Koreya, Türkiyə…”

Türkiyənin müdafiə sənayesindəki uğurları dünya mediasında müzakirə olunmağa davam edir.

Tacxəber Teleqraf.com-a istinadən  xəbər verir ki, bu dəfə Çin mətbuatı qardaş ölkənin yeni nəsil döyüş təyyarəsi (MMU) layihəsindən yazıb.

Ölkənin aparıcı qəzetlərindən biri olan “People’s Daily” Türkiyənin beşinci nəsil döyüş təyyarəsini uğurla təqdim etdiyini bildirib.

Məqalədə Türkiyənin sürətlə inkişaf edən hava gücü təqdir edilib və yeni nəsil döyüş təyyarələrinin öz yaşıdlarından çox irəlidə olduğu vurğulanıb.

Çin nəşri orta və qısamənzilli raketləri daşıya bilən təyyarənin Cənubi Koreya və Hindistan tərəfindən hazırlanmış oxşar təyyarələrdən üstün olduğunu yazıb.

“Türkiyə beşinci nəsil döyüş təyyarəsi və PUA-nın kombinasiyası ilə həm pilotlu, həm də pilotsuz hava döyüş sistemi yaratmaq istəyir”, – məqalədə qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər