Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, artıq 21 mindən çox yaraqlı Ukraynadakı müharibəyə göndərilib.
Tacxeber.com xarici mediaya istinadla bildirir ki, o, bu barədə “Telegram” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, hazırda ön cəbhədə Çeçenistandan olan doqquz mindən çox əsgər var. “Onların hər biri bütün zəruri forma və silahlarla təmin olunub ki, bu da onlara səmərəli xidmət etməyə imkan verir”, – Kadırov bildirib.