• 23 Noyabr 2024 07:14

Azərbaycanda yayılan kütləvi xəstəliyin adı məlum oldu – Təbil pərdəniz deşilə bilər…

 

Son zamanlar azyaşlılar arasında titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə və ümumi zəifliklə müşahidə edilən ağır xəstəlik yayılıb. 

Tacxeber.com-ın baku.ws-ə istinadən məlumatına görə, bu “İnfluenza” xəstəliyidir. Bu bir zamanlar dünyada geniş yayılan “Quş qripi” bəlasının növüdür. “İnfluenza” qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Buna insanlarla yanaşı, heyvanlar və quşlar da yoluxurlar. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir.

“İnfluenza” hava-damcı yolu ilə ötürülür. İnfeksionistlərin sözlərinə görə, xəstəliklə bağlı klinikalara ən çox müraciət edənlər azyaşlılardır. Artıq hər evdə bu xəstəliyə yoluxan uşaq var. Onlarda bronx şaxələri daha qısa olduğundan bu xəstəliyə tez tutulular.

Sözügedən xəstəliklə bağlı pediatr Gülnar İslamzadə xəstəliyinin 3 forması olduğunu və bunun testlərlə müəyyən edilərək  müalicə edildiyini bildirib:

“Son zamanlar uşaqlar arasında yayılan “İnfluenza” xəstəliyinin 3 forması var. A B və C … Bizim üçün daha çox əhəmiyyət kəsb edən A və B formalarıdır. Azərbaycanda bu xəstəliyin hazırda ən çox A forması yayılıb. B forması isə A ilə müqayisədə daha yüngül keçir. Əsas əlamətləri qızdırma, boğaz ağrısı, öskürək burun axıntısı və kəskin halsızlıq olur. Hazırda xəstəliyi müəyyən etmək üçün “”İnfluenza kant” testləri mövcuddur. Bu testlərlə diaqnozu müəyyən edə bilirik. Müalicəsi kapsula dərmanlarla aparılır. Uşaqlarda ilk klinik əlamətlər 48 saat ərzində təsir edir. Halsızlıq isə 3 həftəyə qədər davam edir.

Pediatr azyaşlıları bu xəstəlikdən qorunmaq üçün qrip vaksini etdirməyin vacibliyini vurğulayıb:

“Xəxstəlikdən qorunmaq üçün uşaqlar əsasən sentyabr oktyabr aylarında qrip vaksini olunmalıdır. Bu edilərsə “İnfluenza” xəstəliyindən 80 faiz qorunmuş olarlar. Bu xəstəliyi keçirsələr belə, çox yüngül klinik əlamətlər müşahidə edilər. Bu xəstəlik 5 gün davam edir. 2 gündən sonra isə yaxşılaşma müşahidə olunur”.

Gülnar İslamzadə xəstəliyin fəsadının pnevmaniya olduğunu qeyd edib. Buna səbəb isə “İnfluenza”nın yaratdığı pnevmaniyaların daha ağır keçməsidir.

Yayılan xəstəliklə bağlı həkim-infeksionist Natiqə Qocayeva “İnfluenza”nın böyüklərdə də ağır fəsadlar verdiyini bildirib. Onun sözlərinə görə, bu xəstəlik qulağı təbil pərdəsinin deşilməsinə qədər gətirib çıxarır:

“Bu xəstəliyə tutulanlarda burnunun əlavə ciblərinə ağırlaşmalar olur. Bu orta qulağa otit, faringit kimi ağırlaşmalar verir. “İnfluenza” xəstəliyində koronavirusdan fərqli olaraq qanda oksigen səviyyəsi aşağı düşmür. Ən çox burnunun əlavə ciblərinə ağırlaşma verir. Bütün xəstələrdə burun tutulmaları, güclü baş ağrıları ilə müşahidə edilir. Temperaturun düşməməsinə əsas səbəb isə burnun əlavə ciblərində olan ağırlaşmalardır. Bu qulaq pərdəsinin deşilməsinə də səbəb ola bilər. Bu xəstəlikdə koronavirusdan fərqli olaraq güclü ürək bulantısı ilə müşayiət olunur”.

Həkim-infeksionist bu xəstəliyin ötən ilin dekabrın ortalarından sonra Azərbaycanda sürətlə yayıldığını bildirib:

“Böyüklər arasında “İnfluenza” xəstəliyinə tutulan daha çox 65 yaş kateqoriyasını və xroniki xəstəlikləri olanları əhatə edir. Əgər həmin şəxsin şəkəri varsa onlarda daha çox ağırlaşma olur. Xəsətlik müddəti normalda 5-7 gün olur. Bu müddətdən sonra qızdırma düşmürsə, mütləq həkimə müraciət edilməlidir. Lakin kimin əlavə xroniki xəstəliyi yoxdursa bu xəstəlik 2-3 günə də aradan qalxır”.

Tacxeber.com

Oxşar xəbərlər