• 23 Noyabr 2024 00:08

Telefonun enerji yığmasını yavaşladan 4 SƏBƏB

 

Telefonun enerji yığmasını yavaşladan bir çox səbəblər var.

Tacxeber.com həmin səbəblərin bir neçəsini sizə təqdim edir:

Əgər telefonunuz gec enerji yığırsa bu zaman problem şarj kabelində və ya adapterdə ola bilər. Bunun üçün həmin cihazları yoxlayın.

Yavaş şarjın başqa bir səbəbi isə zəif enerji təchizatıdır. Telefonunuzu daimi olaraq noutbukda, portativ akkumulyatordan və ya avtomobildə doldursanız, batareyanın zəifləməsinə təəccüblənməyin. Çünki smartfonları bu cür şarj etmək məsləhət deyil.

Telefon şarj olunarkən ondan istifadə etməməyə səy göstərin. Çünki smartfonun batareyasının sıradan çıxmasının ən böyük səbəblərindən biri də budur.

Təbii ki, bu deyilənlərdən əlavə, problem batareyanın özündə də ola bilər. Telefonunuz həm gec şarj olunur, həm də tez boşalırsa çox güman batareya köhnəlib. Bu halda onu dəyişməyiniz tövsiyə olunur. /lent.az

Tacxeber.com

Oxşar xəbərlər