• 23 Noyabr 2024 04:16

Bruselloz xəstəliyi

 

 

Bruselloz xəstəliyi zoonoz xəstəlik olub,heyvanlardan insanlara yoluxur.Bu o demekdir ki,insandan insana yoluxma mümkün deyil.Əgər xəstəlik bir ailənin bir neçə üzvündə varsa,bunun səbəbi eyni qidadan istifadədir.

Bruselloz xəstəliyi eyni adlı bakteriyalar tərəfindən törədilir.Hansı  heyvanda xəstəlik törətməsindən asılı olaraq,B.melitensis-keçi,qoyun,B.suis-donuz,B.canis-it,B.ovis-qoç və s.adlandırılır.

Bunların içində insan üçün ən təhlükəlisi B.melitensis v B.suis hesab edilir.Bəs bu necə baş verir?Xəstə heyvandan insana bakteriyalar,yetərincə bişməmiş ət və ət məhsulları,pasterizə edilməmiş süd və süd məhsularından(pendir,kəsmik)istifadə etdikdə,xəstə heyvanla təmas olduqda baş verir.Bakteriyalar insan orqanizminə mədə-bağırsaq,tənəffüs yolları,dəri və selikli qişalar,konyuktivadan keçə bilir.Daha sonra ortalama 3 həftəlik inkubasion dövrdən sonra yorğunluq,baş ağrısı,iştahsızlıq,yüksək qızdırma,güclü tərləmə fonunda kəskin dövr başlayır,daha sonra prosesə boyun,qoltuqaltı və qasıq limfa düyünlərində böyümə,əzələ və oynaqlarda ağrı,nevroloji əlamətlər,qaraciyər və dalaqda böyümə,çəkinin azalması kimi  əlamətlər qoşulur.Vaxtında diaqnoz qoyulmasa xəstəlik xroniki hala keçir.

Bu zaman əzələ və oynaqlarda ağrı daha qalıcı əlamətlərə-oynaqlarda artrit,artroz,ankiloz,kontrakturalara,əsasən böyük oynaqlarda(bud-çanaq,oma-qalça,diz,dirsək,mil-bilək )iltihaba gətirib çıxarır.Bunların içində oma-qalça oynağının iltihabı daha çox rast gəlinir.

Bruzelloz xəstəliyinin ən qorxulu ağırlaşmalarına,cinsiyyət sistemində,kişilərdə orxit,epididmit,qadınılarda endometrit,salpingit,ooforit,aybaşının və hamiləliyin pozulması aiddir.Bundan başqa nevrit,nevralgiya,meningit,meninqoensefalit,oma-bel radikuliti,akrosianoz,yuxu pozulması kimi nevroloji əlamətlər də yarana bilir.

Bruselloz xəstəliyi keçirmiş şəxslərdə nevroz,oynaqlarda ağrı,temperaturun dəyişməsi kimi qalıq əlamətlər rast gəlinir.Səbəb natamam müalicədir.

Bruselyoz xəstəliyinin diaqnozunda istifadə olunur:1.Rose-Bengal testi:3-5 dəqiqə içində ig G təyin edir.2.Rayt-Aqlütinasyon testi-24 saat içində 1/160 üstü pozitivdir

3.Coombs-antitelləri təyin edir.4.Elisa-ig G və ig M təyin edir,kəskin dövrdə hər ikisi yüksək olur,sağaldıqda ig G bir neçə aya itərkən,ig M illərlə pozitiv qala bilir.

Bruselloz xəstəliyinin müalicəsi 6 həftə ərzində antibiotiklər,iltihab əleyhinə preparatlar,antihistaminlərlə bigə aparılır.Burada kurs kurs aparılan natamam müalicə effektiv hesab edilmir.Müalicə yarımçıq kəsilsə qalıq əlamətlər qalacaq.

Bruselloz xəstəliyi bəzən sadəcə yüngül qızdırma və oynaq ağrıları verdiyinə görə xəstə həkimə müraciət etmir,nəticədə ağırlaşır və belə bir xəstə həkimə müraciət edəndə ilk iş ondan Bruselloz xəstələyinə görə analizlər istənilməlidir.Profilaktika-gigiyenik qaydalara əməl olunmalı,heyvanlar vaksinasiya olunmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər