• 20 Sentyabr 2024 11:23

Bənövşədən xalq təbabətində istifadə olunan müalicəvi reseptlər.

 

Bənövşədən xalq təbabətində istifadə olunan müalicəvi reseptlər.

Bənövşə otu tənəffüs yollarının bir çox xəstəliklərində effektiv müalicəvi təsir göstərən yığıntıların tərkibində mühüm bir komponent kim istifadə olunur. Bunun üçün aşağıdakı yığıntıları daha çox tətbiq edirlər:

Adi dəvədabanı yarpaqları – 20 hissə

Iri bağayarpağının yarpaqları – 30 hissə

Şirin biyanın kökü – 30 hissə

Üçrəng bənövşə otu – 20 hissə

1-2 xörək qaşığı yığıntını emallı qaba yerləşdırıb üzərinə 1 stəkan ( 200ml) qaynar su əlavə edib, qaynar su hamamında 15 dəqiqə qızdırıb, qaynadılmış su əlavə edərək alınan dəmləmənin həcmini 200 ml-ə çatdırırlar, öskürəkdə, xroniki və kəskin bronxitlərdə gündə 3 dəfə, hər dəfə yeməkdən əvvəl 1/3-1/4 stəkan qəbul edilir.

Bataqlıq ladankolu otu – 10 hissə

Adi dəvədabanı yarpaqları – 10 hissə

Üçrəng bənövşə otu – 10 hissə

İri bağayarpağının yarpaqları – 10 hissə

Aptek çobanyastığının çiçəkləri – 10 hissə

Bahar novruzçiçəyinin yarpaqları – 10 hissə

Adi cirənin meyvəsi – 10 hissə

Dərman gülxətminin kökləri – 20 hissə

Şirin biyanın kökləri – 10 hissə

Əvvəlki yığıntıdakı göstərilən qayda üzrə dəmləməni hazırlayıb quru bronxitdə gündə 3 dəfə hər dəfə yeməkdən sonra 1/ 3 stəkan qəbul edirlər.

Tacxeber.com

Oxşar xəbərlər