• 23 Noyabr 2024 05:04

Siyatik sinir ağrısı və bunun təbii yollarla müalicəsi

Siyatik sinir ağrısı və bunun təbii yollarla müalicəsi barədə məlumat

Siyatik sinir ağrısı və bunun təbii yollarla müalicəsi

 

Siyatik sinir bədənin ən uzun siniridir. Bu sinirin zədələnməsi, xüsusilə bel və ayaqlarda ciddi ağrılara səbəb olur. Vaxtında müalicə olunmazsa ağrılar qısa müddətdə aşağı belə yayılmağa başlayar. Əvvəlcə arabir diskomfort yaradaraq keçib getsə də bir müddət sonra ağrılar dözülməz hal ala bilər. Lakin siyatik sinir ağrılarından həkimlərin müalicəsi ilə bərabər bir sıra təbii üsullar sayəsində də xilas olmaq mümkündür. Siyatik sinir ağrılarını azaltmaq üçün bəzi təbii müalicə üsulları belədir:

Süd, Bal və Sarımsaq qarışımı

Siyatik ağrılarına bitki mənşəli çarə axtaranlar süd, bal və sarımsaq ilə hazırlanan qarışımdan istifadə edə bilərlər. Bunun üçün süd, bal və sarımsaq qarışdırılır hazırlanan içki müntəzəm olaraq hər gün içilir.

Nanə Efir Yağı

Nanə efir yağı antioksidant və qan dövranını tənzimləyən xüsusiyyətlərə malik olduğu üçün siyatik sinir ağrılarını azaldır. Bunun üçün həftədə iki dəfə nanə yağı boyundan başlayaraq ayaqlara qədər çəkilir.

Adi dazı efir yağı

Adi dazı efir yağı iltihab təmizləyicidir. Bu xüsusiyyətinə görə Adi dazı efir yağını siyatik ağrıları, ayaqlarda yorğunluq və ya ağrı hiss etdikdə ayaq nahiyəsinə çəkmək məsləhət görülür. Yağın müntəzəm istifadəsi ağrıları azaldır.

Soğan

Soğan ağrıkəsici və iltihabəleyhinə təsiri sayəsində ayaqlardakı ağrıları azaldır. Bunun üçün soğan iki parçaya bölünür və dizdən topuqlara qədər olan nahiyə soğanla ovulur. Soğanın qoxusundan narahat olmamaq üçün istifadədən 1 saat sonra ayaqlar yuyulur.

Kələm yarpaqları

Kələm yarpaqları qan dövranını sürətləndirir. Bu xüsusiyyətinə görə siyatik ağrılarından xilas olmaq üçün tövsiyə edilən bitki mənşəli vasitələrdən biridir. Kələm yarpaqları qaynar suda qaynadılır. Daha sonra ilıq yarpaqlar ayaqlara sarılır və bir neçə dəqiqə gözlənir. Bu üsul sayəsində qan dövranı sürətlənəcək və siyatik ağrılar aradan qalxacaq.

Küncüt yağı və zəncəfil tozu

Məlumdur ki, zəncəfil bir çox ağrıların aradan qaldırılması üçün istifadə edilir. Siyatik sinir ağrıları üçün də küncüt yağı ilə qarışdırılaraq istifadəsi tövsiyə olunur. Bunun üçün bir xörək qaşığı zəncəfil ilə 2 xörək qaşığı küncüt yağı qarışdırılır. Hazırlanan məlhəmlə dizlər və ayağın topuq nahiyəsi masaj edilir. Bu üsul sayəsində ağrılar qısa müddətdə azalacaq.

Ağ öksəotu

Əsrlərdir istifadə edilən və ağrıkəsici təsiri ilə tez-tez gündəmdə olan Ağ öksəotun siyatik ağrıları üçün faydalı olduğu məlumdur. Ağ Öksəotunu 1 stəkan qaynar suda dəmləyib dəsmal ilə siyatik ağrı hiss olunan nahiyəyə çəkdikdə ağrılar azalacaq. Bu həftədə bir neçə dəfə tətbiq olunmalıdır.

Qurudulmuş gilas sapı

Təxminən 35 ədəd qurudulmuş gilas sapı bir stəkan suda 4-5 dəqiqə qaynadılır. Üzərinə bir çimdik (beş-on qram) gicitkən əlavə edilir və yenidən 5 dəqiqə qaynadılır. Bir həftə səhər və axşam içilir.

İsti su tətbiqi

İsti su torbası bel bölgəsinə tətbiq edildikdə ağrılar azalır. Bunun gündə yarım saat tətbiqi tövsiyə edilir. Çünkü isti həm əzələləri rahatlaşdırır, həm də qan dövranını sürətləndirir.

Məşq

Məşq əksər siyatik müalicələrində tövsiyə olunur. İncə izometrik məşqlər sayəsində ayaqlar və onurğadakı ağrılar azaldığı üçün oturmaq əvəzinə qısa gəzintilər edilməli və gediş məsafəsi hər gün artırılmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər