“Ümumiyyətlə, sosial şəbəkələrdən şəxsi qazancım olmur. “TikTok”dan qazandığımı nə özümə, nə ailəmə, nə də evimə xərcləyirəm. Orada yığılan pulları başqa şəxslər çıxarıb xeyriyyə işlərinə sərf edirlər. O pullar xəstələrə, yardıma ehtiyacı olan şəxslərə yönəlir. Nə qədər pul yığıldığını da bilmirəm”.
Tacxeber.com xəbər verir ki, bunu News24.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.
Sənətçi bildirib ki, son zamanlar dünyasını dəyişən yaxınına görə “TikTok”a çox girmir: “Mənim qazanc yerim tamam başqadır. Toylara, tədbirlərə gedirəm. Qazancım qeyd etdiyim istiqamətlərdən çıxır. Toylardan qazandığım məbləği isə açıqlamaq istəmirəm”.