Mədə xəstəlikləri, mədə dərmanları
Mədə xəstəlikləri (qastrit, eroziya, xora) ağrı, gəyirmə, qıcqırma, yanma hissi və digər əlamətlərlə müşayiət olunur. Belə hallarla qarşılaşdıqda mədə dərmanları köməyə gəlir.
Ağrıya qarşı mədə dərmanları
Mədə ağrısı zamanı analgetik (İbuprofen, Ketoral, Tempalgin və s.) və yaxud spazmolitiklər (No-şpa, Dibazol, Baralgin, Mebeverin) məsləhət görülür.
Lakin yadda saxlamaq lazımdır ki, bu preparatlar sadəcə ağrını kəsir. Səbəb aradan qaldırılmadığından müəyyən müddətdən sonra narahatlıqlar yenidən baş qaldırır. Ona görə də həkimə müraciət edib, müvafiq müayinələrdən keçmək tövsiyə olunur.
Həzm prosesini yaxşılaşdırmaq üçün mədə dərmanları
Fermentlər həzmi normaya salaraq, mədədə ağırlıq və digər xoşagəlməz hissləri yox edir. Ən məşhur tabletlər bunlardır:
-
Kreon
-
Qastenorm forte
-
Festal
-
Enzistal
-
Panqrol
Ən ucuz vasitə isə – Pankreatin sayılır. Qeyd olunan dərmanlar təhlükəsiz hesab edilir.
İshal, qusma və köp hallarında mədə dərmanları
İshal zamanı ən çox istifadə olunan preparatlara Loperamid və Polifepan aiddir. Ürəkbulanma və qusmaya qarşı Motilak və Motilium effektivdir. Qarında köp varsa, Espumizan içilir.
Qıcqırma əleyhinə mədə dərmanları
Mədə yanmasını və turşuluğu azaltmaq məqsədilə antasidlər təyin olunur. Bu tip qastroprotektorlara Almagel, Renni, Maaloks, Fosfalyugel misaldır.
Qastrit zamanı mədə dərmanları
Mədədə qastrit zamanı müalicə sxemi xəstəliyin formasından və turşuluq səviyyəsindən asılıdır. Belə ki, aşağı turşuluqda mədədə xlorid turşusunun sintezini stimulə edən tabletlərə (Pentaqastrin, Limontar və s.) ehtiyac yaranır.
Yüksək turşuluqlu qastritlərdə xlorid turşusunun sintezini azaldan dərmanlar (Renni, Almagel, Omeprazol) və mədə divarının vəziyyətini normallaşdıran vasitələr (Ranitidin, Simetidin, Vikalin, De-Nol) qəbul olunur.
Qastrit zamanı təkcə turşuluğu normaya salan preparatların istifadəsi kifayət deyil. Xəstəliyin bütün formalarında yanaşı olaraq bu dərmanlar təyin edilir:
-
ağrıkəsici (No-şpa, Drotaverin);
-
antibiotik (Pilobakt, Kloritromisin, Amoksisillin və s.);
-
həzm fermentləri (Mezim forte, Kreon və digərləri).