• 23 Noyabr 2024 07:29

Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi… – Sandu

 

Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi Moldovaya yenidən birbaşa təsir edir.

Tacxeber.com xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Rusiyanın dünən Ukraynaya endirdiyi raket zərbələri ilə çıxışında deyib.

Onun sözlərinə görə, Rusiyanın atdığı raketlərin birinin qalıqları ölkənin şimalındakı Larqa kəndinin ərazisinə düşüb.

Sandu Dneprdə raket hücumu zamanı həlak olanların ailələrinə başsağlığı verib.

Tacxeber.com

Oxşar xəbərlər