Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə partlayış baş verib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, partlayış rusiyalı hərbçinin qumbara partlatması nəticəsində baş verib.
Yanvarın 14-də tağım komandiri, baş çavuş RQD-5 əl qumbarasını partladıb. Nəticədə hərbi hissədə olan silah-sursat anbarında yanğın və partlayış baş verib. Yanğın sahəsi 450 kv.m olub. Partlayış nəticəsində, ilkin məlumatlara görə, üç hərbçi ölüb, 16 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.