• 23 Noyabr 2024 05:42

Talıbovların 1 milyard dolları bu sirli bankda saxlanılır

Talıbovların 1 milyard dolları bu sirli bankda saxlanılır

İsveçrədə ”Credit Suisse” adlı bank var. Bu bank gizli hesablar yaradır və dünyanın ən varlı adamlarının, siyasi liderlərinin pullarını sirr altına alır.

Tacxeber.com xəbər verir ki, bunu tarixçi alim, tanınmış ziyalı Zaur Əliyev qeyd edib.

Tarixçi qeyd edib ki, dünyanın bütün kəşfiyyat orqanları nə etsələr də bu bankdan informasiya ala bilmirlər:

“Minimal yatırım ən azı 100 milyon dollardan başlayır. Almaniyanın nüfuzlu qəzetlərindən “Süddeutsche Zeitung” qəzetində 2022-ci ildə bankdan sızan gizli informasiyada burda milyard dollardan çox pulu olan bir neçə şəxsin adı çəkilib. Onlar arasında İordaniya kral ailəsinin, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğlu Abdullahın, Pakistan kəşfiyyatının rəhbəri general Axtar Əbdürrəhmanın oğullarının, Venesuela hökumət rəsmiləri və İtaliyanın ən böyük mafiya təşkilatlarından biri olan Ndrangetaya yaxın olan Antonio Velardo kimi şəxslərin adı var. Hətta Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın da burada gizli hesabı olduğu deyilir”.

Z.Əliyev həmçinin əlavə edib ki, sözügedən siyahıda Vasif Talıbovun oğulları da var:

“Vasif Talıbovun oğulları Seymur və Rzanın burda milyardan çox dollar hesabı olduğu haqda “Süddeutsche Zeitung” qəzeti hələ 2022-ci ildə yazmışdı”.

Tacxeber.com

Oxşar xəbərlər