• 23 Noyabr 2024 01:08

“Rusiyanı on illərlə resessiya gözləyir” – Ursula fon der Lyayen

Rusiyaya qarşı Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını resessiyaya göməcək və bu resessiya on illərlə uzanacaq.

Bu barədə Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen Ümumdünya İqtisadi Forumunda (Davos) çıxışı zamanı bəyan edib («UNİAN»).

«Biz, Rusiya Federasiyasına qarşı çox güclü sanksiyalar tətbiq edirik, onlar Rusiyanın iqtisadiyyatını on illiklər boyu davam edəcək resessiyaya gömür və onun sənayesi müasir və kritik texnologiyalardan məhrum olur» – o, bəyan edib.

Avrokomissiyanın başçısı əmin edib ki, Rusiyanın aqressiv müharibəsi cəzasız qalmayacaq. O, həm də ukraynalılara vəd edib ki, «Qərbin Ukraynaya davamlı dəstəyi zəifləməyəcək».

«Sonuncu ildə sizin ölkəniz dünyanı dəyişib və Avropanı ürəkləndirib və mən sizi inandıra bilərəm ki, Avropa daim sizinlə olacaq» – fon der Lyayen bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər