Rusiya Prezidenti Vladimir Putin müharibədən çıxış yolu axtarır.
Tacxeber.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın dövlət televizyasına açıqlamasında deyib.
Belə ki, Zelenski Rusiyanın taktiki nüvə silahından istifadəsinin onlara fayda verməyəcəyini söyləyib.
“Putin müharibədən çıxış yolu axtarır çünki, bu bir səhv idi. Bunu dilə gətirmir, amma böyük bir səhv olduğunu bilir. Buna görə də çıxış yolu axtaracaq. Nüvə silahları isə çıxış yolu deyil”, – deyə o bildirib.
Ukrayna lideri həmçinin əlavə edib ki, Putini dayandırmasalar, 3-cü dünya müharibəsi başlayacaq:
“Polşa və Baltikyanı ölkələri işğal edərsə, heç kim heç nə edə bilməyəcək, amma hamı müharibəyə gedəcək. İtaliya, Fransa, ABŞ, Birləşmiş Krallıq hətta bütün NATO üzvləri, NATO-nun həqiqətən mövcud olduğunu göstərmək üçün müharibəyə getməli olacaq”.
Zelenski Kremlə Putindən daha sərt bir lider gəlməsinin elə də mümkün olmayacağını vurğulayıb.