Ukraynanın daxili işlər naziri, nazir müavini və dövlət katibi helikopter qəzasında həlak oldu – VİDEO
Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç Kiyev yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.
Tacxeber.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin teleqram kanalında məlumat verilib.
“Təyyarə qəzası nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: nazir, birinci müavin, dövlət katibi”, – məlumatda deyilir”.
Ukraynanın “1+1” telekanalının Brovarski rayon polis idarəsinə istinadən verdiyi məlumata görə, helikopterin hər iki pilotu da ölüb.
Məlumata görə, vertolyot uşaq bağçası və yaşayış binası yaxınlığında qəzaya uğrayıb. Qəzadan sonra partlayış səsi eşidilib və böyük yanğın başlayıb.
Qəza nəticəsində 2-si uşaq olmaqla 16 nəfər həlak olduğu bildirilir.