• 23 Noyabr 2024 06:56

“2 roldan imtina etdim, biri erməni qadın idi”

 

Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası Pərvanə Qurbanova açıqlaması ilə gündəmə gəlib.

Tacxeber.com moderator.az-a istinadla xəbər verir ki, aktrisa ona verilən erməni qadın rolundan imtina etdiyini açıqlayıb:

“41 ildir ki, Gəncə Dövlət Dram Teatrında çalışıram. Bu illər ərzində iki roldan imtina etmişəm. Biri erməni qadın rolu idi. Halbuki 1988-ci ildə ermənilərlə hələ münasibətlərimiz bu dərəcədə gərginləşməmişdi. Səhnəyə ilk addım atdığım gündən bu günə qədər əsas rollarda çıxış etmişəm. Demək olar ki, arzuladığım obrazları oynamışam. Amma filmdə çəkilmək istəyərəm.

İki müharibə görmüşəm, ümumiləşmiş bir ana, Azərbaycan qadını obrazı oynamaq istəyirəm. Elə bir obraz istəyirəm ki, o mənim içimdə yığılıb qalan, iki müharibə görmüş ananın, bacının içindəki vulkanı püskürdə bilsin. Bu mənim çox böyük arzumdur”.

Tacxeber.com

Oxşar xəbərlər