• 22 Noyabr 2024 21:12

Putinin Ukraynaya hərbi əməliyyatını dəstəkləyən deputat mandatından məhrum ediləcək

 

Qazaxıstanın “Ak Jol” (İşıqlı Yol) Partiyası Rusiyanın Ukraynadakı hərəkətlərinə ictimai dəstək verdiyinə görə partiyanın sədr müavini, parlamentin (aşağı palata) deputatı Əzəmət Abildayevi partiyadan xaric etmək qərarına gəlib.

Tacxeber.com xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Abildaev mediaya müsahibəsində Rusiya rəhbərliyinin Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə bağlı hərəkətlərini dəstəkləyib və Ukrayna rejimini nasist adlandırıb.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, Abildayevin cümə axşamı səsləndirdiyi fikirlərə “Ak Yol” milli şurasının plenumunun iclasında baxılıb və onun hərəkətlərinə siyasi qiymət verilib.

“Abildayevin sözləri “Ak Yol” partiyasının mövqeyi ilə ziddiyyət təşkil edir, həm partiya, həm də parlament etikasını pozur… “Ak Yol” partiyası respublikamızın və digər dost dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə həmişə hörmətlə yanaşacaq və dəstəkləyəcək”, – məlumatda  deyilir.

Bununla bağlı iclasda Abildayevin “Ak Yol” partiyasından çıxarılması, həmçinin Abildayevin deputat mandatının dayandırılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına məktub göndərilməsi qərara alınıb.

Tacxeber.com

Oxşar xəbərlər