• 19 Sentyabr 2024 20:05

Firdovsi Umudovun 600 minlik avtomobili müzakirələrə səbəb oldu: “Şəhid ailələrinə kömək etsin”

 

“Bakıda bir çox məşhur şəxslər bahalı retro avtomobillərə sahibdirlər. Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi olmuş, hazırda Sərhədçi İdman Mərkəzinin rəis müavini vəzifəsini tutan Firdovsi Umudov da qiyməti 1 milyon manata yaxın retro avtomobilə sahibdir. Sərbəst güləş üzrə məşqçinin bu qədər pulu hardandır? 600 min bəlkədə bəzilərinə az rəqəm görünür, amma yetərincə böyük məbləğdir. Ümumiyyətlə, hər bir orqanda araşdırılma aparılmalıdır. Adi məşqçi bu qədər bahalı avtomobili necə əldə edib?!”

Tacxeber.com xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

“Firdovsi Umudovu biraz araşdırdıqda görünür ki, saytlarda özünü reklam etdirir. Məqsəd nədir? Məqsəd nədir? İdmançıdır, lap yaxşı, məşqini keçsin. Belə pulu çoxdursa, şəhid ailələrinə, qazilərə kömək etsin. Vəzifə iddiası varsa, desin, bilək. Hər kəs öz işi ilə məşğul olmaldır”, – A.Həmidli qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər