Azərbaycanda “TikTok” sosial şəbəkə platformasının bağlanması təklifi yenidən gündəmə gəlib. Bildirilir ki, polislər, şəhidlər təhqir olunur və digər xoşagəlməz hallar baş verir, nəticədə milli-mənəvi dəyərlər deqradasiyaya uğrayır. Buna baxmayaraq, “TikTok”dan mədəni şəkildə istifadə edərək yetərincə baxış sayı qazanan tiktokerlər də az deyil. Məhz bu kateqoriyaya daxil olan tiktokerlərdən bir tanınmış rejissor Kənan MM-dir.
Tacxeber.com Kənan MM-dən “TikTok”un bağlanması təklifinə münasibət öyrənib.
Rejissor təklifi müsbət qarşılayıb: “Tik Tok” bağlansın, super olar. Amma təhqir edən hər yerdə təhqir edəcək. Təhqi edənlərin psixoloji problemləri var. Normal insan – ailəsinə, özünə hörmət edən heç vaxt söyüş söyməz…”