“TikTok”da polisləri təhqir edən gəncin naməlum şəxslər tərəfindən saçının qırxılıb videoya çəkilməsi sosial şəbəkədə etirazlara səbəb olub.
Tacxeber.com xəbər verir ki, Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Ümid ilə gəl” verilişində mövzu ilə bağlı kulturoloq Aydınxan Əbilov şokedici açıqlama edib.
O, bu əməli törədənlərə haqq qazandırıb. Onun bu sözləri studiyada gərginlik yaradıb. Kulturoloq fikirlərinə görə vəkil Şəfiqə Nağıyeva ilə söz davasına çıxıb:
“Həmin yeniyetmənin polisə söydüyü söyüşləri gördüm. Mən mədəniyyət xadimi olaraq ona qarşı edilən hərəkətə haqq verirəm, kim onu edibsə, alqışlayıram, əla! Qoy başqaları da görsün ki, belə qələtləri etmək olmaz. Dərs olsun. O uşağı tərbiyə edən ailəyə ayıb olsun! Mən ona bunu edəni dəstəkləyirəm”.
Şəfiqə Nağıyeva isə ekspert həmkarının fikirlərinə etiraz edərək, onun sözünü kəsməyə çalışıb.