• 23 Noyabr 2024 06:38

“20 Yanvarda çəkilənlərin böyük bir hissəsi itib” – Fotoqraf

 

“O dövrlər vətəndaş borcu olaraq bizim bacardığımız iş çəkmək idi”.

Tacxeber.com xəbər verir ki, bu sözləri çəkdiyi fotolarla 20 Yanvar hadisəsindən sonra baş verənləri tarixə həkk edən fotoqraf Mirnayib Həsənoğlu deyib.

“Çox təəssüf ki, o dövrdə çəkilən fotoların hamısı bu günə gəlib çatmayıb. Böyük bir hissəsi itib. Kimlərsə 20 Yanvar haqqında nələrsə danışa bilər. Rəssamlar rəsm çəkə, bəstəkarlar musiqi bəstələyə bilər. Ancaq fotoqrafiyanın dediyini heç kim təkrarlaya bilməyəcək. Bu, heç bir notarial təsdiqi olmayan bir sənət kimidir”,- deyə o əlavə edib.

 

Oxşar xəbərlər