• 23 Noyabr 2024 03:31

Pentaqon: “Qərb Kiyevə hərbi yardımın sürətini azaltmaq niyyətində deyil”

 

Qərb Ukraynadakı hərbi əməliyyatlarda hazırda həlledici məqam olduğuna əsaslanaraq, Kiyevə hərbi yardımın sürətini azaltmaq niyyətində deyil.

“Report” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqton və onun müttəfiqləri tərəfindən Ukraynaya dəstək məqsədilə yaradılmış təmas qrupunun Almaniyadakı Ramşteyn aviabazasında keçirilən növbəti iclasının yekunları üzrə mətbuat konfransında deyib.

“ABŞ Prezidentinin dediyi kimi, bu, dünya üçün həlledici onillikdir və Ukraynanın özünümüdafiəsi üçün əsas məqamdır. Bu təmas qrupu sürətini azaltmayacaq”, – Ostin bildirib.

O, qeyd edib ki, Kiyevə hava hücumundan müdafiə sistemləri və zirehli texnikanın tədarükü təmas qrupunun iclasının gündəliyində duran əsas məsələlər olub.

Tacxeber.com

Oxşar xəbərlər