• 22 Noyabr 2024 23:51

“Bıçağı yumamış şkafa qoymuşdum, elə adamdır, onun üstündə dava edir”

 

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddinlə küsülü olduqlarını etiraf edib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda “Zaurla Günaydın” verilişində deyib. O bildirib ki, aralarındakı mübahisəyə görə həyat yoldaşı onunla verilişə də gəlməyib:

“İki-üç gün əsəbi olur, sonra sakitləşir. 12 ildir bir yerdəyik, xasiyyətini bilirəm. Yeni maşın almışam, sənədində problem yarandı, ona görə aramızda mübahisə düşdü. Hər ailədə olur. Bir dəfə də dalaşmışdıq, danışmırdıq. Onda da bıçağı yumamış şkafa qoymuşdum. Elə adamdır, onun üstündə dava edir”.

Aparıcılar Zaur və Günay Baxşəliyeva Fəxrəddinə zəng etmək istəyib, Xatirə isə icazə verməyib.

Tacxeber.com

Oxşar xəbərlər