54 ilin rekord soyuğu qeydə alındı Dünya 24 Yanvar 2023 12:50 106 Çinin şimalındakı Mohe şəhərində 53 dərəcə şaxta ilə son 54 ilin ən soyuq günü yaşanıb. Tacxeber.com BBC-yə istinadla xəbər verir ki, Rusiya ilə sərhəd olan Mohedə yanvarın 12-də havanın temperaturu mənfi 53 dərəcə olub. Qeyd edək ki, Çinin Şimal Qütbü kimi tanınan Mohedə qış mövsümü 8 ay davam edir. Xatırladaq ki, sonuncu dəfə Mohedə 1969-cu ildə qeydə alınan rekord şaxta mənfi 52.3 dərəcə olmuşdu. Tacxeber.com