• 22 Noyabr 2024 20:11

Kadırov Türkiyə səfirliyinin qarşısında Quranı yandıranı hədələdi: Bir gün…

 

Çeçenistan lideri Ramzan Kadırov ifrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin İsveçdəki səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına etiraz edib.

Tacxeber.com xəbər verir ki, Kadırov bunu müqəddəs dəyərlərə qarşı hücum adlandırıb: “Bu dəhşətli hərəkət Türkiyəyə etiraz olaraq görüldü. Amma bu, əslində müqəddəs dəyərlərə hücumdur. Hər kəs nə əkdiyini biçər. Bir gün hər şeyin gec olacağını anlayacaqsan. Cəhənnəmdə yandırın, ey cinlər”.

NATO-nun şeytanın toxumu olduğunu bildirən Kadırov, “Ukraynaya qarşı İblis qüvvələri ilə də mübarizə aparırıq” deyib. Kadırov avropapərəstlərin Quranın yandırılmasına heç bir reaksiya verməməsinə də etiraz edib.

Tacxeber.com

Oxşar xəbərlər