Trans yağ nədir… Hansı qidalarda mövcuddur?
- Sağlamlıq
- 26 Yanvar 2023 17:50
- 137
Trans yağ təbii yağ növü deyil. İnsan sağlamlığı cəhətdən zərərli olan trans yağ, bitki tərkibli yağa “hidrogenerasiya” adlandırılan prosedur tətbiq etməklə əldə edilən yağdır. Bu növ yağ mənfi xolestreni yüksəldərək infarkt, damar tıxanıqlığı kimi bir çox ciddi xəstəliyə yol aça bilər. Xüsusilə də günümüzdə hazır qidalardan daha çox istifadə edilir ki, bu da trans yağların artması deməkdir. İstifadə etdiyimiz cips, hazır un məmulatları yeməklə trans yağları qəbul etmiş oluruq.
Trans yağ doymamış yağ asitlərinin ümumi adıdır. Çox yüksək istilikdə əldə edilir. Bu növ yağlardan uzun illər ərzində istifadə edə bilərsiniz. Amma sağlamlığınız buna icazə verəcəkmi bilinməz. Çünki ölümcül xəstəliklərə yoluxmaq ehtimalı yüksəlir.
Hazırlanmasında bir çox kimyəvi maddədən istifadə edilir.
Bəs trans yağlar hansı qidalarda istifadə edilir?
-
Hazır ət yeməkləri
-
Qızartma yağları
-
Kartof qızartma yeməkləri
-
Şirniyyatlar
-
Şokoladlar
-
Fast food qidalar
-
Sobada bişirilən yeməklər.
Tacxeber.com
Etiketlər:Trans yağ