Tibbi arayışların baha olması barədə fikirlərə rəsmi münasibət bildirildi
Tibbi arayışların qiymətinin baha olması ilə bağlı səsləndirilən iddialara cavab verilib.
TƏBİB-dən Xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib.