• 23 Noyabr 2024 00:48

Kürəyin ortasındakı ağrılar nədən yaranır? – ƏSAS SƏBƏBLƏR

İki qabırğanın ortasında yandırıcı, deşici ağrılar hansı patoloji dəyişiklik və xəstəliklərdən xəbər verir?

İki kürək sümüyünün (qulunc) ortası ilk növbədə onurğa sütunudur. Bu hissədə onurğa fəqərələrinin forması fərqlidir. Onlar qabırğa onurğa oynağını yaradır, döş qəfəsinin yığılıb açılmasını, tənəffüs zamanı genişlənməni təmin edir.

Bu hissədə çox sayda əzələ yerləşir. Əzələlərdən bir qismi onurğa sütununu vertikalı vəziyyətdə saxlayır, digərləri nəfəs alıb vermədə iştirak edir, üçüncü qrup insana hərəkət, iş görmək, çevrilməkdə yardım edir.

Onurğa beynindən, onurğa beyin kanalından cüt sinirllər çıxır. Onlar siqnalları fəqərə və əzələlərə ötürür. Fəqərələrarası hündürlür azalanda, sıxılanda, onurğada əyilmə, skolioz, protruziya olduqda bu sinirlərə kompression təsir və təzyiq olur. Nəticədə sinirlər ağrı siqnalı ötürür.

Nəinki sinirlər, bütün onurğa sütun özü, əzələlər bu patologiyadan əziyyət çəkəcək.

Lakin bəzən bu ağrıları başqa ağır xəstəliklərlə səhv salıb, ağrıya dözərək vaxt itirib, xəstənin həyatının itirilməsinə səbəb ola bilər.
Məsələn, ürəyin işemik xəstəliyi, stenoz, infarkt, koronar damarın tıxanması zamanı da eyni ağrılar olur və bu zaman təcili həkim müdaxiləsi lazımdır.

İnsan özü kürəyinin ortasındakı ağrıya görə xəstəlikləri ayırd edə bilməz. Ona görə kürək ortasında ağrı olan zaman birinci nevroloqa getmək lazımdır. Kişilər isə ən birinci ürəyin EKQ-ni çəkdirməlidir.

Yalnız təcrübəli nevroloq ağrının onurğa, sinir mənşəli və ya ürəkdən olduğunu ayırd edə bilər.

Medicina.az iki kürək sümüyü arasındakı ağrı və yanma hissinin başqa hansı problemlərdən qaynaqlandığını təqdim edir:

– Onurğada travma – yıxılma, qırılma, vətər cırılma, dartılma.

– Fəqələrin yaşa və həyat tərzinə bağlı degenerativ distrofik dəyişikləri, xəstəlikləri – ostexondroz, protruziya, ekstruziya, yırtıq

– Skolioz, qamətin pozulması, belin irəli əyilməsi

– Onurğanın yatarkən, işləyərkən, oturarkən qeyri-düzgün forma alması

– Əzələ iltihabı, miozit

– Osteartroz

– Onurğa kanalının stenozu

Diaqnoz üçün:

MRT və ya rentgen olunur. Nevroloq və manualt terapevt müayinəsi

Tacxeber.com

Oxşar xəbərlər