• 23 Noyabr 2024 07:36

Tehran prokurorundan açıqlama: “O, arvadının səfirlikdə olduğunu düşünüb“

 

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumdan sonra Tehranın Cinayət İşləri İdarəsinin prokuroru vəzifəsini icra edən hakim Məhəmməd Şəhriyari hadisə yerinə gəlib.

O, ilkin istintaqa əsasən hücum edən şəxs barədə danışıb.

M. Şəhriyarinin sözlərinə görə, terrorçu Azərbaycan səfirliyinə şəxsi motivasiya ilə hücum edib:

“İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, bu ilin Fərvərdin ayında (2022-ci ilin mart-arprel ayları) həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb. O, səfirliyə qarşı öz motivasiyasını belə izah edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə dəfələrlə müraciət etsə də, heç bir cavab almayıb və arvadının səfirlikdə olduğunu düşünüb. Şübhəli şəxs səfirlə görüşməyə cəhd göstərdiyini deyib, o güman edib ki, səfir Tehranda olsa da, onunla görüşmək istəmir. Sonda həmin şəxs deyib: “Bu səhər əvvəldən hazırladığım “Kalaşnikov” avtomatı ilə səfirliyə getməyə qərar verdim”.

Hakim Şəhriyari əlavə edib: “İlkin istintaqda hücum edən şəxs Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum motivinin tamamilə şəxsi olduğunu iddia edib. Hadisədən sonra onun kimliyinin tanınması yönündə iş gedib. Həmçinin hadisə yerinə məhkəmə-tibb qrupları ilə birlikdə araşdırma qrupu və polis gedib. Hazırda istintaq davam edir”./Yenisabah.az

Tacxeber.com

Oxşar xəbərlər