• 23 Noyabr 2024 07:42

Tehran iz azdırır – Hücumdan dərhal sonra rəis dəyişdirildi

 

İranın Baş Polis Komandanı Əhmədrza Radanın əmri ilə Sərdar Məhəmmədian Tehranın polis komandanı vəzifəsinə gətirilib.

Tacxeber.com Axar.az-a istinadla xəbər verir ki, Tehranın polis komandiri Hüseyn Rəhimi isə polis komandanlığının İqtisadi Təhlükəsizlik bölməsinin rəhbəri təyin edilib.

Tehran polisinə rəhbər təyin edilən Məhəmmədian Əlburz vilayətinin polis rəisi və Tehran Kəşfiyyat Polisinin keçmiş rəhbəri olub.

Qeyd edək ki, komandirin dəyişdirilməsi Azərbaycan səfirliyinə hücumdan dərhal sonra baş verdiyi üçün bunu H.Rəhiminin guya hadisəyə görə “cəzalandırılması” kimi təqdimetmə cəhdi uğursuzdur. Belə ki, H.Rəhimi vəzifədən azad edilməyib, sadəcə, yeri dəyişdirilib.

Tacxeber.com

Oxşar xəbərlər