“Səfirliyimizə hücumun arxasında İran dövlətinin dayandığına inanmıram. Burada mütləq üçüncü bir ölkənin əli var”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Bakupost.az-a VHP sədi, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, bir gen əvvəl Azərbaycan və İran rəsmiləri arasında baş tutan yüksək səviyyəli görüşdn sonra belə bir terror hadisəsinin baş verməsi iki ölkə arasındakı münasibətlərə yeni hava gətirəcək:
“Xeyli müddətdir ki, gərgin vəziyyətdə olan İran-Azərbaycan münasibətlərinin istiləşməyə başladığı bir vaxtda belə bir ağır hadisə baş verdi. Hər iki dövlət səbirlə bu məsələni araşdırmalıdır. İran tərəfi tezliklə əsl günahkarı üzə çıxarmalıdır. Azərbaycan dövləti bu aylar ərzində imkan vermədi ki, İran səfirliyi qarşısında adi bir piket keçirilsin. Çünki qonşu dövlətlə münasibətlərin pisləşməsini istəmirik. Azərbaycan bu xəttə həmişə sadiq qalıb”.