• 23 Noyabr 2024 03:25

“Əgər əsəbləşiblərsə, 100 ədəd Quran yandırın” – Müsəlmanları qəzəbləndirən açıqlama

 

Qurani-Kərimi yandırmaq ifadə azadlığını həyata keçirmək üçün yanlış bir üsuldur”.

Tacxeber.com xəbər verir ki, bu sözləri İsveç Demokratlar Partiyasının (SD) Ədalət Komitəsinin sədri Riçard Comsof deyib. O, Türkiyənin Qurani-Kərimin yandırılmasına verdiyi reaksiyanın çox olduğunu deyərək, müsəlmanları daha da qəzəbləndirib:
“Əgər əsəbləşiblərsə, daha 100 ədəd Quran yandırın”,- deyə o söyləyib.

Qeyd edək ki, ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan ötən həftə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında keçirdiyi qalmaqallı aksiyada polis nəzarəti altında qurani-Kərimi yandırmışdı. O sonra Danimarkanın paytaxtı Kopenhagendə də Türkiyə səfirliyi qarşısında və məscidə yaxın ərazidə polisin himayəsi altında növbəti dəfə Quranı yandırıb.

Danimarkanın Ankaradakı səfiri Denni Annan Xarici İşlər Nazirliyinə çağırılıb və açıq şəkildə nifrət cinayətlərini ehtiva edən təxribat xarakterli hərəkətə yol verilməsinin ən sərt şəkildə pisləndiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər