• 23 Noyabr 2024 06:12

İran Müdafiə Nazirliyi dron hücumunu TƏSDİQLƏDİ

 

İran Müdafiə Nazirliyi sursat istehsalı zavodunda partlayış baş verdiyini təsdiqləyib. Nazirlik bunun pilotsuz təyyarənin hücumu nəticəsində baş verdiyini bildirib.

Bu barədə İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.

“Partlayış Müdafiə Nazirliyinin sursat istehsalı mərkəzlərindən birində baş verib, İsfahan qubernatorunun təhlükəsizlik üzrə müavininin bəyanatına görə, itki yoxdur”, – deyə məlumatda bildirilir.

Səlahiyyətlilər hücumun uğursuz olduğunu deyirlər: bir PUA hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə havada partlayıb.

“Ölkənin şimal-qərbində Şəhid Səlimi sənaye şəhərində motor yağı istehsalı müəssisəsində də partlayış baş verib. Partlayışdan sonra zavodda yanğın yaranıb”, – deyə məlumatda qeyd olunur. (Konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər