• 23 Noyabr 2024 07:34

“Bu, bizim qəti tələbimizdir” – Xələf Xələfov

“Yanvarın 27-də təqribən saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror aktı törədilib”.

Tacxeber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavininin sözlərinə görə, bu hadisə gözlənilməz id:

“Ona görə ki, belə hadisələrin baş verməsi mümkün deyil, ümumiyyətlə qəbuledilməzdir. Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır.

Baş verən hadisə ilə bağlı hörmətli Prezidentimiz hücumu terror aktı kimi qiymətləndirib və bunu şiddətlə pisləyib. Biz bu hadisə baş verəndən sonra İranın Bakıdakı səfirini dəvət etmişik. Əlimizdə olan ilkin məlumatlar əsasında, qarşıdakı tərəfə mövqeyimizi çatdırmışıq. İran beynəlxalq öhdəliyi çərçivəsində terror hadisəsini şəffaf araşdırmalıdır. Bu cinayətin törədilməsində əli olan bütün iştirakçıları müəyyən etməlidir və onları ədalət məhkəməsi qarşısına çıxarmalıdır. Bu, bizim qəti tələbimizdir”.

Tacxeber.com

Oxşar xəbərlər