• 23 Noyabr 2024 02:38

Yüksək təzyiqi endirmək üçün bu idman hərəkətləri tövsiyə olunur

 

Alimlər qan təzyiqini aşağı salmaq üçün hansi idman hərəkətləri etmək lazım olduğunu açıqlayıblar.

Tacxeber.com xəbər verir ki, əzələ gərilməsinin qan təzyiqini salmaq üçün ən təsirli bir yol olduğu sübut edilib. Kanadalı alimlərin “Journal of Physical Activity and Health” jurnalında dərc etdikləri tədqiqatın nəticəsinə görə gərilmə hərətləri yeriməkdən daha effektivdir. Eyni zamanda, tədqiqat müəlliflərinin də vurğuladığı kimi hipertanoniyalı insanlara gəzmək, velosiped və xizək sürmək də tövsiyə olunur. Çünki bu fəaliyyətlər yağ yandırmağı təşviq edir, xolesterol və qan şəkərini azaldır.

Evdə gərilmə hərəkətləri etməyin daha rahat olduğu bildirilib, bu, çox vaxt tələb etmir, hava şəraitinə uyğunlaşdırılmasına ehtiyac yoxdur, hətta filmə baxarkən də etmək olar.

“Bir əzələ dartındıqda, böyük damarlar da daxil olmaqla əzələləri qidalandıran bütün damarlar dartınır. Damarların sərtliyini azaltsanız, qan axınına qarşı müqavimət azalacaq, bu isə qan təzyiqinin artmayacağı anlamına gəlir”, – deyə Saskaçevan Universitetinin mütəxəssisləri izah ediblər.

Qeyd edək ki, bi qədər əvvəl alimlər sol və sağ qolda qan təzyiqini ölçəndə hər qolda fərqli nəticənin yüksək insult, infarkt və bununla erkən ölüm riskini artıra biləcəyi bildirilmişdilər. Qeyd olunub ki, bu fərq 10 millimetrdən çox olmamalıdır.

Tacxeber.com

Oxşar xəbərlər