Bu gün İtaliya futbolunda ən çox müzakirə olununa məsələ “Montsa” və onun sahibi Silvio Berluskonidir.
Tacxeber.com xəbər verir ki, buna səbəb təkcə “qırmızı-ağlar”ın İtaliya A seriyasıın 20-ci turunda “Yuventus”a qalib gələrək (2:0) sensasiyaya imza atmaları deyil. Komandanın qələbəsindən çox başqa məsələ müzakirə edilir – “Montsa”nın sahibi Silvio Berluskoninin verdiyi vəd. O, ötən ilin dekabrın 14-də müsahibə verərkən maraqlı fikir səsləndirib, bildirib ki, böyük komandalardan birinə qalib gəlsələr, maraqlı “hədiyyə”si olacaq:
“Biz gənclər komandamızda olmuş məşqçiyə (Raffaele Palladino) şans verdik. O, ağıllıdr, yaxşı işləyir və uşaqları motivasiya etməyi bacarır. Mən qərara gəldim ki, əlavə motivasiya verim. Əgər böyük klublardan birini, məsələn, “Yuventus” və ya “Milan”ı məğlub etsələr, tapşırıq verəcəm ki, komandanı bir avtobus fahişə qarşılasın”.
Bu açıqlamanın üstündən düz ay yarım vaxt keçib. Oyundan sonra Berluskoniyə həmin sözlər xatırladılıb. Onun cavabı isə belə olub: “Onlar məndən sözümün üstündə durmağımı istəyirlər. Mən yüzlərlə telefon zəngi almışam”.
Diqqət çəkən başqa məqam isə “Yuventus”la qələbədən sonra “Montsa”nın bütün sosial şəbəkə hesablarında avtobus şəklinin paylaşılmasıdır.