• 26 Noyabr 2024 11:50

“Bir daha ailə qurmaram, amma sevgisiz də qalmaram” – Video

“Bir daha ailə qurmaram, amma sevgisiz də qalmaram”  - Video

 

Müğənni Nəfəs şəxsi həyatı barədə açıqlamalar verib. 

Tacxeber.com xəbər verir ki, ARB telekanalında yayımlanan “Maqazin plyus” verilişinə danışan ifaçı bir daha ailə qurmaq istəmədiyini deyib:

“Düşünürəm ki, ana kimi çox xoşbəxtəm. İki gözəl övladım var. Yaxşı ki, zamanında və ya zamansız onları Allah mənə bəxş edib. Qadın kimi xoşbəxtliyi hələ tam tapmamışam. Qismət, bəlkə taparam, bəlkə də yox. Amma özümü xoşbəxt etməyə çalışıram. Evlilik təklifləri çoxdur. Özümə belə deyirlər. Ürəyimin sahibini görsəm, deyəcəyəm ki, bu sevgilimdir. Ailə qurmaq istəmirəm”.

O, evlilik təkliflərini övladlarına görə rədd etdiyini bildirib:

“Özüm boyda uşaqlarım var. İstəmərəm onların yeni bir atası olsun. Amma sevgisiz də qalmaram. Sevgisiz ölərəm. Əgər xanım tək yaşayırsa, evinə gedəndə başını yastığa qoyub, özünü tək hiss edirsə, o zaman ağlayır. Çətin günlərim, vaxtlarım o zaman olur”.

Həmin görüntüləri təqdim edirik:

  

Tacxeber.com

Oxşar xəbərlər