• 23 Noyabr 2024 04:14

“Bədənimin harasını əməliyyat etdirməyimi demək istəmirəm”

 

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Naibə Allahverdiyevadan yeni xəbər var.

Tacxeber.com lent.az-a istinadla xəbər verir ki, süd vəzlərindən əməliyyat olunduğu deyilən aktrisa hazırda evdə olduğunu və vəziyyətinin yaxşı olduğunu deyib:

“Səhhətimlə bağlı bir az problemim var idi. Əməliyyat olundum. Şükür indi yaxşıyam. Bədənimin harasını əməliyyat etdirməyimlə bağlı açıqlama vermək istəmirəm. Hər şey yaxşıdır. Maraqlananlar sağ olsun”.

Aktrisa iki gün əvvəl efirdə rejissor və aktyorlara verilən qonorarların azlığı barədə səsləndirdiyi şikayətlər haqqında da fikirlərinə aydınlıq gətirib:

“Azərbaycanda kino sahəsində aktrisa və aktyorlara çox az qonorar verirlər. Düzdür, yavaş-yavaş cavan və istedadlı kadrlar nələrsə etməyə çalışırlar. Çox istedadlı aktyor və aktrisalarımız var. Ancaq onlara dəstək olmaq lazımdır. İndi bəzi özünə “aktyor” deyənlər, kino sahəsinə uzaq olan adamlar ortaya çıxıb. Onlar kinonu yaman günə qoyublar.

Xarici filmlərlə yerli filmlərimiz arasında görün, nə qədər fərq var. Filmdə rəssamından tutmuş, sürücüsünə qədər hər şey peşəkarcasına olmalıdır. Hər əlinə kamera götürən məgər kino çəkə bilirmi? Xeyr.

Azərbaycanın kino sahəsində çox ciddi ssenarist və rejissor, montajçı problemi var. Maliyyə dəstəyi lazımdır ki, bu problemlər aradan qaldırılsın. İnsanlar bu sənətə biznes üçün gəlməməlidirlər. Kino çəkmək ürək, yaradıcılıq istəyir. Yaxşı deyiblər ki, incəsənət qurban tələb edir. Bu, kapitalizmin həqiqətləridir. Kinoya fədailər gəlməlidir. Hindistanı, Türkiyəni, Amerikanı insanlara nələr tanıdır? Filmləri, serialları və s. Yəni bizim bu barədə çox ciddi problemimiz var”.

Tacxeber.com

Oxşar xəbərlər