• 22 Noyabr 2024 22:48

“Müharibədən qaçmaq, Azərbaycanla dialoqa getmək lazımdır”

“Müharibədən qaçmaq, Azərbaycanla dialoqa getmək lazımdır”

 

 

Qarabağdakı separatçı qurumun “dövlət naziri” Ruben Vardanyan yerli sakinlərlə görüşü zamanı Azərbaycanla yarana biləcək yeni hərbi münaqişəni istisna etməyib. 

Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib.

Erməni nəşrinin iddiasına görə, onun bu fikri separatçıların digər liderləri tərəfindən etirazla qarşılanıb:

“Bu fikrə etiraz edənlərdən biri “Artsax lideri” Arayik Arutyunyandır. O, bildirib ki, hazırda “Artsax”da Ermənistandan daha çox silah olsa da, müharibədən qaçmaq və Azərbaycanla dialoqa getmək lazımdır”.

Arutyunyan onu da əlavə edib ki, bugünkü müharibə Qarabağ və Qarabağ erməniləri üçün son səhifə ola bilər:

“1 milyonluq türk ordusu ilə döyüşmək mümkün deyil. Çünki onlar bu gün Aknadadırlar (Ağdam)”.

“Hraparak” yazır ki, əvəzində Ruben Vardanyan Azərbaycanın tələblərinin yerinə yetirilməsinin əleyhinədir. O hesab edir ki, hər gün yeni tələblər irəli sürülə bilər və “Qarabağ xalqı” nəyin bahasına olursa-olsun müqavimət göstərməlidir. Rəsmi xəbərə görə, Vardanyan bildirib ki, bu vəziyyətdə onlar bütün mümkün yollar və vasitələrlə mübarizəni davam etdirməlidirlər:

“Mübarizə müharibə demək deyil. Döyüşmək o deməkdir ki, biz Azərbaycanın təklif etdiyi yolla razı deyilik. Çətinliklərdən asılı olmayaraq, vətənimizi tərk etməyəcəyik”.

O xatırladıb ki, mühüm beynəlxalq oyunçular da Qarabağ məsələsinin bağlanmadığını bəyan ediblər.

Tacxeber.com

Oxşar xəbərlər