“Rusiya prezidenti Vladimir Putin koronavirusdan çox qorxur və buna görə də xarici dünya ilə özünün arasına “çəpər” çəkib.
Tacxeber.com “Die Zeit”a istiandla xəbər verir ki, bunu Rusiya liderinin yaxın dostu hesab edilən və “Gazprom”un törəmə şirkəti “Şimal axını 2”nin direktoru Matias Uorniq deyib.
Alman iş adamının sözlərinə görə, Putinin koronavirusa yoluxmaq qorxusu ağlasığmaz dərəcədə böyükdür və buna görə də o, özünü xarici aləmdən təcrid edir. Bundan əlavə, Kreml rəhbərini demək olar ki, heç kimin görməsinə icazə verilmir və onunla əsas əlaqə telefon və video zənglər vasitəsilə olur:
“Mənimlə əlaqə saxlamağa çox çalışır. Ona nəsə deyə bilən yeganə adamam”.
“Şimal axını 2”nin rəhbəri Putinin xəstə ola biləcəyinə dair heç bir əlamət görmədiyini dilə gətirib.
O, əlavə edib ki, Putinlə son görüş zamanı bildirib: “Sən bu müharibədə qalib gələ bilməzsən. Onun qalibi yoxdur”.